MSK seçkinin nəticəsini açıqladı - ZURABİŞVİLİ ÖNDƏDİR / YENİLƏNİB

Baxış sayı:
10997

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.
Rəsmi nəticələrə əsasən, Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.
Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.
Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib.
 
***
 
03:02
Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin 97 faizinin hesablanmasından sonra məlumatları açıqlayıb.
Rəsmi göstəricilərə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 59,6 faizini, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə 40,4 faiz səs toplayıb.
Bildirilir ki, Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 766 min seçici dəstəkləyib.
 
***
00:40
 
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu vaxta qədər seçki məntəqələrinin yarısından çoxu üzrə səsvermə nəticələrini elan edib.
Məlumata görə, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili 58,11%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,89% qazanıb.
Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edir.

***
 MSK ilkin nəticələri açıqladı - Qriqol Vaşadze 43%, Salome Zurabişvili 57% səs toplayıb / YENİLƏNİR

00:05

Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun ilk nəticələrini açıqlayıb. MSK sədrinin açıqlamasına əsasən, Salome Zurabişvili 1181 məntəqə üzrə prezident seçkilərinin ikinci turunda liderlik edir.
"Seçki məntəqələrinin 32% -ni təşkil edən 1181 seçki məntəqəsinin nəticəsinə əsasən Qriqol Vaşadze - 195 min 305 səs (43%), Salome Zurabişvili 262 min 826 səs (57%) səs aldı ", - Tamar Jvaniya bildirib.
Onun sözlərinə görə, nəticələr dəyişə bilər, çünki hələ seçki məntəqələrinin yalnız 32% -i sayılıb.

***
23:25
Gürcüstanda səslər sayılır -VAŞADZE 1-Cİ TURDA MƏĞLUB OLDUĞU HƏRBİ BAZADA QALİB GƏLDİ

Əfqanıstanda yerləşən hərbi bazalarda Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üçün səslərin sayılması tamamlanıb. 
Muxalifet.az xəbər verir ki, seçkilər iki məntəqədə keçirilib. Onlardan birində 750 seçici, ikincisində isə 143 seçici səs verib. Məlumata əsasən, burada birləşmiş müxalifətdən olan prezidentliyə namizəd Qriqol  Vaşadze hər iki məntəqədə qalib gəlib.
Xatırladaq ki, Əfqanıstan bazalarında seçkilərin ilk turunda Salome Zurabişvili 397, Griqol Vaşadze 261 səs qazanmışdı.
Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticəsinin 02.00-a qədər dərc ediləcəyini bildirib. Yekun protokolların isə saat 23:00-a kimi MSK-ya təhvil veriləcəyi gözlənilirdi.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladzenin sözlərinə görə, seçicilərin 56,23%-i səs verib. Bu, 1,975,845 seçici deməkdir. Bu məlumatlar xaricdə səs verən seçicilərə aid deyil, çünki bəzi ölkələrdə seçkilər hələ başa çatmayıb.
Mikeladzenin sözlərinə görə, ən aşağı fəaliyyət Tralka şəhərində, ən yüksək Keda şəhərində qeydə alınıb.
 
***
23.16
Pankisidə Zurabişvili öndədir 

Pankisidə Salome Zurabişvili liderdir.
Pankisidə səslərin sayılmasının nəticələri aşağıdakı kimi bölüşdürüldü:
Xalatsani - Qriqol  Vaşadze 87, Salome Zurabişvili 112 səs.
Jokolo:
Qriqol  Vaşadze 149 səs, Salome Zurabişvili 414;
Omalo: Qriqol  Vaşadze 160, Salome Zurabişvili 277 səs;
Duisi: Qriqol  Vaşadze 177, Salome Zurabişvili 335 səs;
Hazırda Pankisidə səslərin sayılması hələ də davam edir.

Muxalifet.az