MSK daha 3 dairə üzrə şikayətləri DSK-lara göndərdi / YENİLƏNİR

Baxış sayı:
2776

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha üç Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, iclasda 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.
Bundan əlavə, 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə baxılaraq, bunların araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.

***
Daha bir dairədə 5 məntəqənin nəticəsi ləğv olundu 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 90 saylı Ağdaş seçki dairəsindən namizəd Səidə Cəbrayılovanın müraciətinə baxılıb.
Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
MSK üzvü bildirib ki, namizəd müraciətində qeyd edib ki, DSK tərəfindən onun hüquqları pozulub:
“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 6 və 7 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 2 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 2 seçki məntəqəsi (6 və 7 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, 2 məntəqənin nəticələrinin ləğv edilməsi bu dairə üzrə lider namizədin dəyişməsinə səbəb olmayıb.
Bu dairənin lider namizədi Cavid Osmanovdur./Report

***
Bu dairə üzrə müraciətlər DSK-ya göndərildi...

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, iclasda müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Samirə Rəfullayevanın müraciətə baxılıb.
Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.
MSK üzvü bildirib ki, namizəd müraciətində bir çox seçki mənqtələrində olduğunu qeyd edib:
“Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb. Şikayətlə əlaqədar DSK-dan müvafiq sənədlər alınıb və araşdırılıb. Araşdırma nəticəsində 12, 14, 16 və18 saylı məntqələrdə qanun pozuntuları aşkar edilib. Bununla əlaqədar 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 4 seçki məntəqəsi (12, 14, 16 və 18 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, 4 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb./Report

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
 
Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
 
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
 
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
 
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
 
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
 
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
 
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
 
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov./Virtualaz.org
 
***
 
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.
 
Muxalifet.az bildirir ki, saat 16:00-da başlayacaq iclasda 2020-ci il fevralın 9-da keçirilən parlament seçkiləri ilə əlaqədar daha bir neçə müraciətə və şikayətə baxılacaq.