Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır

Baxış sayı:
1621

Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.

Bunu "BioNTech"in Baş direktoru Uğur Şahin bildirib. Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq: "İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idik. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.

U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır.