​Məşhur italiyalı rejissor vəfat etdi

Baxış sayı:
2857

İtalyan kinosunun məşhur rejissoru Bernardo Bertolucci vəfat edib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, şair Attilio Bertoluccinin oğlu Bernardo uzun müddətdir mübarizə apardığı sağlamlıq problemləri səbəbiylə 77 yaşında Romada dünyasını dəyişib.
Qeyd edək ki, italyan kinosunun "son böyük maestro"su kimi göstərilən Bertolucci karyerası boyunca 20-yə yaxın filmə imza atıb.
O, rejissorluqla yanaşı, prodüser və ssenarist kimi də tanınıb.