Məşhur hakim yenidən xəstəxanaya düşdü

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya düşüb.
 
Modern.az xəbər verir ki, sentyabrın 25-də hakimin səhhəti qəfil pisləşib. Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxandan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:
“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.