Məşhur aktyor evi kirlədən qızının əllərini bağlayıb... - FOTOLAR
19-11-2019 10:11
Baxış sayı:
11671
Qalmaqalları ilə məşhur olan rusiyalı aktyor Aleksey Panin mətbəxi kirlədən qızına sərt cəza verib. Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı qızının qollarını kəmərlə qaz borusuna bağlayan aktyor sözügedən görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıb. O, qızının üstünə qışqıraraq “Nənən gəlib əllərini açacaq” deyib. 42 yaşlı məşhurun qızı ilə bu şəkildə rəftar etməsi sosial şəbəkədə tənqid edilib. Bu, aktyorun qızına tətbiq etdiyi birinci zorakılıq hadisəsi deyil.