Moskvadan qətiyyətli bəyanat: "Sonuna qədər gedəcəyik"

Baxış sayı:
2485

Suriyanın daxili işlər naziri Valid əl Müəllim Suriya ordusunun müxaliflərin əlində olan şimal vilayəti İdlibdə sonuna qədər mübarizə aparacağını deyib.

Muxalifet.az xəbər verir ki, nazir hökumətin ana hədəfinin cihadçı Nüsrə terrorçuları olduğunu söyləyib.

Müəllim dünən Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra verdiyi açıqlamada Suriyanın yeni bir hərbi hücumda kimyəvi silahdan istifadə etməyəcəyini və bu cür silahlara sahib olmadığını bildirib.

Bundan başqa, dünən Moskvada açıqlama verən Rusiyanın hökumət sözçüsü Dmitri Peskov İdlibin bir üsyan yuvası olduğunu söyləyib və bu problemə qarşı hərəkətə keçmədən dayanmağın yaxşı seçim olmadığını qeyd edib.

Qeyd edək ki, ABŞ və Fransa Suriyada Bəşər Əsəd rejiminin hücumlar zamanı kimyəvi silahdan istifadə etməsi təqdirində hava hücumlarına start verəcəklərini açıqlayıb.