Mənzildən kişi meyiti tapıldı - BAKIDA

Baxış sayı:
4057

Bakı şəhərinin Binəqədi rayonunda mənzildən kişi meyiti tapılıb.
 
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Hüseynov Əhməd Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.