“MƏNİM VƏ AİLƏ ÜZVLƏRİMİN BAŞINA HƏR HANSI XOŞAGƏLMƏŞ HADİSƏ GƏLƏRSƏ, SƏBƏBKAR POLİS RƏİSİDİR” – Siyəzən sakini ölkə rəhbərliyinə müraciət etdi

Baxış sayı:
3073

Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Samir Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə və Ombudsman Səbinə Əliyevaya müracitə edən S.Zeynalov yazır:
“Məlumat üçün yazıb sizə bildirmək istəyirəm ki, artıq bir neçə gündür «Bəşəriyyətin bəlası sayılan, «Ağ ölüm» adlandırılaraq gələcəyimiz olan gənclərimizin məhvinə səbəb olan “Narkomaniyaya yox və son deyək, hamılıqla durmadan bu dəhşətli bəla ilə mübarizə aparaq» mövzusu ilə «Facebook» sosial şəbəkə hesabımda paylaşımlar edirəm. Bu paylaşımlarımda Siyəzən polisinin belə bir vacib məsələyə laqeyid münasibətinə toxunduğumdan, Siyəzən RPŞ qeyd etdiklərimlə bağlı tədbirlər görərək, narkomaniyaya qarşı var qüvvəsi ilə mübarizəyə başlamaq əvəzinə, atdığım haqlı addımımdan qəzəblənərək, bu yolda məni susdurmaq və etdiyim paylaşımlarımı silməyimdən ötrü yaxınlarım vasitəsilə məni məhkəmə və hüquq-mühafizə orqanları ilə təhdidə başlamışdır.
Siyəzən RPŞ-dən mənə tez-tez xəbərdarlıqlar gəlir ki, əgər “paylaşımlarını silməsən və susmasan səni məhkəməyə verəcəyik və barəndə «başqa addımlar» ataraq, səni həbsə göndərəcəyik”. O səbəbdən, küçədə qorxu içərisində gəzməklə, Siyəzən polisinin yaşadığımız evin ətrafında «gücləndirdiyi nəzarətindən» öz evimizdə «sək-səkə» içində olmaqla, rahat yaşaya bilməyərək, artıq evdən çölə çıxmağa belə ehtiyat edirik! Hərgah, mənim ailə üzvülərimin və yaxınlarımın başına hər hansı xoşagəlməz hadisə gələrsə, bunun səbəbkarı Siyəzən RPŞ və onun rəisi Valik Vəlimətovun olduğunu indidən məlumat üçün xəbər verirəm və ilk tələbimizin onlardan olduğunu bildirirəm.
Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, mənim, ailə üvülərimin və yaxınlarımın təhlükəsizliyinin təmin edilməsindən ötrü, bu məsələni şəxsən nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm! Xahişimə ciddi yanaşılacağıni böyük ümidlə gözləyirəm! Sizlərə öncədən öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.