“MƏNİM BİR ALLAHIM VAR, O DA GÖYDƏDİR, BİRDƏ Kİ, CƏNAB PREZİDENTDİR" – Deputat Əliağa Hüseynov

Baxış sayı:
7936

Xəbər verdiyimiz kimi, Lerikin Kaqoy kəndində özünü “ikinci Allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub.
Sözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub.
Məsələni dəqiqləşdirmək üçün Əliağa Hüseynovla əlaqə saxladıq.
Deputat açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib:
“Bu xəbərlər doğru deyil. Mən heç indiyədək Lerikdə olmamışam. Digər tərəfdən isə mən məmur deyiləm, təqaüdçüyəm. Ora getmək mənə lazım deyil.
Mənim bir Allahım var, o da göydədir. Birdə ki, cənab Prezidentdir, vəssalam”./A24.Az