Məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu

Baxış sayı:
4555

ABŞ-ın Nyu York ştatında 3 yeniyetmə oxuduqları məktəbdə partlayış planlaşdırmaqda ittiham edilirlər.
 

Muxalifet.az rend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Lonq-Aylend adasında yerləşən təhsil müəssisəsinə gəliblər və məktəblilər onlara avtobusda 3 nəfər 16 yaşlı məktəblinin partlayıcı qurğu barədə danışdıqlarını bildiriblər.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sözügedən 3 nəfəri saxlayıblar.
 
Bildirilir ki, məktəblilərin evlərinə baxış keçirilərkən orada partlayıcı qurğunun hazırlanması haqqında kitab aşkar ediblər.