​Millimiz Belçikada 5 medal qazandı

Gent şəhərində (Belçika) keçirilən bədii gimnastika üzrə “Happy Cup” beynəlxalq turnirində yığma komandamız hesabına 5 medal yazdırıb.
Muxalifet.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışı ilə fərqlənərək ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini qürurla səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.
Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.