​Messi tibbi müayinədən keçəcək

Baxış sayı:
7468

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi tibbi müayinədən keçəcək.
 
Muxalifət.az-ın məlumatına görə, bu haqda Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverdo məlumat verib.
O, argentinalı futbolçunun fiziki durumu haqqında məlumatlı olmadığını söyləyib: "Messi cümə axşamı tibbi müayinədən keçəcək. Daha sonra onun vəziyyətini qiymətləndirə bilərik. O, La Liqanın son matçında - "Atletik"lə qarşılaşmada yaxşı təsir bağışladı. Ümid edirik ki, onun ciddi zədəsi yoxdur."
Qeyd edək ki, Lionel Messi Argentina milli komandasının heyətinə dəvət alsa da, İtaliyanı 2:0 hesabı ilə məğlub etdikləri və İspaniyaya 1:6 uduzduqları matçlarda forma geyinməyib.