Meşədə ağac kəsərkən üzərinə AŞDI, ÖLDÜ – DAŞKƏSƏNDƏ

Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.
 
Hadisə rayon ərazisində meşədə qeydə alınıb. Rayon sakini, 25-30 yaşlarında olan kişi meşədə ağac qırarkən ağac onun üstünə aşıb.
 Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.