​Medvedyev yoxa çıxdı

Baxış sayı:
2719

Rusiya Baş naziri Dmitri Medvedyevin Feysbuk hesabı sonuncu dəfə 18 avqustda yenilənib.
Muxalifet.az xəbər verir ki, baş nazirin digər sosial şəbəkə hesablarında da uzun müddət paylaşım edilməyib.
Medvedyev Tvitterdə sonuncu dəfə 17 avqustda Rusiya hökumətinin paylaşımını re-tvit edib.
İnstaqram hesabında isə 11 avqustda sonuncu post, Kamçatkadan olan foto paylaşılıb.
Qeyd edək ki, bundan öncə Medvedyevin idman məşğələsi zamanı yaranan xəsarətdən dolayı icazə vərəqəsi almadığı deyilmişdi.