Mədinədə Qaşıqçının cənazə namazı qılındı!
16-11-2018 12:15
Baxış sayı:
5149

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı üçün Mədinədəki Peyğəmbər Məscidində sübh namazının ardınca qiyabi cənazə namazı qılınıb. Cümə namazından sonra da Məkkədəki Məscid-i Haram-da qiyabi cənazə namazı qılınacaq.
Qeyd edək ki, Camal Qaşıqçı-nın oğlu Salah Qaşıqçı, dünən Twitter hesabından verdiyi açıqlamada, atası üçün bu gün sübh namazından sonra Mədinədəki Peyğəmbər Məscidində, cümə namazından sonra isə Məkkədəki Məscid-i Haram-da qiyabi cənazə namazlarının qılınacağını bildirmişdi.
Müxalifət.az