​“Maşa və Ayı” “Kremlin təbliğatı”nda ittiham edildi

Baxış sayı:
3253

Britaniya tənqidçiləri Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filmini “Kremlin təbliğatı”nda ittiham ediblər.
Muxalifet.az bu barədə “Daily Mail”ə istinadla xəbər verir.
Kəşfiyyat fəaliyyətinin öyrənilməsi üzrə mütəxəssis olan Bukingem Universitetinin professoru Entoni Glis məsələ ilə əlaqədar deyib:
 “Maşa inadlı, xoşagəlməz təbiətə malikdir, özü də çox qətiyyətlidir. Qız uda biləcəyindən daha böyük hissə dişləyir. Onun davranışını Putinin davranışı ilə müqayisə etsək, heç də şişirtməyə yol vermis olmarıq”.
Tənqidçilərin diqqətindən Maşanın sovet sərhədçilərinin furajkasında yerkökü ləklərini qoruması da yayınmayıb: onlar bunu Rusiyanın öz sərhədlərini qoruması ilə müqayisə ediblər.
Qeyd edək ki, “Maşa və Ayı” cizgi filmi 2009-cu ildən tamaşaçılara təqdim edilməyə başlayıb.