Makron PSJ - "Bavariya" matçının hesabını proqnozlaşdırdı
28-04-2026 19:35
Baxış sayı:
124

Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Bavariya" qarşılaşması barədə proqnozunu bölüşüb.
"L'Equipe" nəşri xəbər verilir ki, dövlət başçısı Paris klubunun qələbəsinə inandığını bildirib.
Əslində "Olimpik Marsel" azarkeşi olduğunu gizlətməyən E.Makron beynəlxalq arenada ölkə təmsilçisini dəstəklədiyini vurğulayıb:
"Mən "Marsel" azarkeşiyəm, lakin bu gün PSJ oynayır və mən onları dəstəkləyəcəyəm! Hesabın 3:1 Paris klubunun xeyrinə olacağını düşünürəm".
Qeyd edək ki, bu gün Parisdə tərəflər arasında ilk matç keçiriləcək.







































