​Lənkərandakı selin DAHA BİR VİDEOSU

Baxış sayı:
4780

Lənkəran rayonunda son günlər yağan yağışların nəticəsində kəndlərdə vəziyyət çətin olaraq qalır.
İcra hakimiyyətindən qafqazinfo-ya verilən məlumata görə, hazırda yağış suları Yuxarı Nüvədi kəndi və ona yaxın kəndlərdən çəkilib: "Həmin kəndlərdə vəziyyət normallaşıb, amma yağış suları hazırda Şiləvar, Göyşaban, Girdəni kəndlərinə daxil olub. Yüzə yaxın evin təsərrüfatı suyun altında qalıb. Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyəti ilə ilə birgə yaradılmış komissiya tərəfindən iki ailə təxliyə olunub. Hazırda vəziyyət nəzarət altındadır, operativ tədbirlər keçirilir".
Sosial şəbəkələrdə dünən Lənkəranın Mamusta kəndində çəkilən görüntülər marağa səbəb olub. Həmin videonu təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda kəndi sel basıb