Liviyada qaçırılan Türk gəmisi xilas edildi

Baxış sayı:
23038

Köç etmək istəyən miqrantlar tərəfindən qaçırılan Türk gəmisi Malta ordusu tərəfindən xilas edilərək Malta limanına aparılır.
 
Qeyd edək ki, 22 martda Türkiyədə Tuzladan hərəkət edən Palau bayraqlı 52 metr uzunluğundakı "Elgiblu 1" adlı tanker dünən Liviya sahillərində köç etmək istəyən miqrantların xilas olunmasından sonra köçkünlər tərəfindən gəmi ələ keçirilib.
6 şəxsi heyəti olan gəminin kapitanının Türk, 4 personalın Hind, 1 əməkdaşın isə Liviyalı olduğu öyrənilib.
Gəmi ekipajının Liviya sahillərində xilas etdiyi köçkünləri Tripoli limanına buraxmaq istədiyi, ancaq Liviyaya dönmək istəməyən qaçqınların gəminin nəzarətini ələ keçirdiyi bildirilib.
Malta ordusu qaçırılan gəmiyə müdaxilə üçün hərəkətə keçib. Gəminin nəzarəti Malta ordusu tərəfindən ələ keçirilib.
Aralıq dənizində sürətli kater istifadə edən quldurlar tərəfindən qaçırılan və keçirilən əməliyyatla ələ keçirilən tanker, Maltanın Boiler Wharf limanına gətirilib.
Palau bayrağı daşıyan tankerin 2015-ci ildə Türk bir firma tərəfindən satıldığı bildirilib.
Bu arada, İtaliyanın daxili işlər naziri Metteo Salvini gəminin İtaliya limanlarına yanaşmasına qətiyyən yol verməyəcəklərini bildirmişdi.
Müxalifət.az