“Əlimizdə İsrailli komandirin öldürülmə görüntüləri var” - HƏMAS

Baxış sayı:
2809

Həmasın Qəzza üzrə məsul şəxsi Yəhya Sinvar, İzzəddin el-Kassam Briqadalarının əlində, İsrailli komandirin öldürülməsi görüntülərinin olduğunu açıqlayıb.
 
Həmasın, əvvəlki illərə nisbətən daha güclü və daha dəqiq raketlərə malik olduğunu vurğulayan Sinvar, artıq təfsilat vermədən "Kassamın əlində İsrailli komandirin öldürülməsi görüntüləri var" deyə söyləyib.
Sinvar, Fələstində milli birlik üçün ciddi bir dialoqun başlanılması üçün Fəth Hərəkatı və Fələstinli digər qruplara masaya oturmağa çağırıb.
 
Sui-qəsd silahı Sinvara verilib
 
Proqramın sonunda, Kassamın sahə komandirlərindən biri, keçən bazar Xan Yunusa sızan İsrail xüsusi qüvvələrindən ələ keçirilən sui-qəsd silahını Sinvara verib.
Qəzza Zolağının cənubundakı Xan Yunus şəhərində keçirilən anma proqramında, Həmas rəsmiləri ilə yanaşı, Misir kəşfiyyat təşkilatında Fələstin dosyesindən məsul general-mayor Əhməd Abdulhalık da iştirak edib.
Müxalifət.az