​Lavrovdan xəbərdarlıq: Terrorçular bunu öyrəniblər...

Baxış sayı:
924

Suriya və İraqda artmaqda olan kimyəvi terrorizm təhdidi bizdə ciddi narahatlıq yaradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-də çıxışı zamanı deyib.
O bildirib ki, terrorçular artıq kütləvi şəkildə kimyəvi silah istehsalının texnologiyasını öyrəniblər:
“Terrorçular indi kimyəvi silahların tətbiqi ilə kifayətlənmir. Onlar eyni zamanda bu kimi silahların hazırlanması və sintezi üçün istifadə edilən texnologiyanı mənimsəyiblər”.