Lavrovdan Ukraynanı qızdıracaq sözlər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Slovakiyada dərc olunan “Pravda” qəzetinə bir müsahibə verib. Nazir Lavrov, Krım ilə əlaqədar olaraq, "Krım, Rusiya Federasiyasının bölünməz bir hissəsidir" deyib.
“Pravda” jurnalistinin, Avropada populistlərin yüksəlişinin Rusiyanın əlini gücləndirib, gücləndirmədiyi sualına isə Lavrov, "Biz, bu anlayışlar silsiləsi çərçivəsində düşünməməyə çalışırıq" cavabını verib.
KRIM RUSİYANIN BÖLÜNMƏZ BİR HİSSƏSİDİR
Lavrov, qəzetə verdiyi müsahibədə, Krım ilə əlaqədar olaraq, "Krım, Rusiya Federasiyasının bölünməz bir hissəsidir" deyə, bildirib.
Qeyd edək ki, Ukraynanın tərkib hissəsi olan Krım, 2014-ci ildə Rusiya tərəfindən işğal və ilhaq edilib. Və açıq işğal faktı ortadaykən Rusiya XİN rəhbərinin bir də ağız dolusu beynəlxalq hüquqdan danışması ciddi olmadığı qədər, həm də bariz həyasızlıqdır.
Müxalifət.az