Kərkükdə “Kürd bayrağı” böhranı

Baxış sayı:
6754

İraqda Kərkük Şəhər Meriyasının, şəhərdəki Kürdüstan Vətənpərvərlər İttifaqının (KYB) partiya binaları ilə bəzi prospekt və küçələrə asılan İraq Kürd Regional Rəhbərliyinin (IKBY) bayraqlarının endirilməsi istiqamətində göstərişi ilə hərəkətə keçən təhlükəsizlik qüvvələri bayraqları endirməyə başlayıb. Kərkük İcra Hakimiyyətinin mətbuat sözçüsü Mervan əl-Ani, Anadolu Agentliyinə verdiyi açıqlamada, Kərkük Şəhər Meriyasının KYB partiya binaları ilə bəzi prospekt və küçələrə asılan bayraqların endirilməsi göstərişi ilə polis dəstələrinin hərəkətə keçdiyini söyləyib. Valinin təlimatının qısa müddətdə həyata keçirilməyə başlandığını bildirən Ani, bəzi küçə və prospektlərə asılan bayraqların artıq endirildiyini açıqlayıb. İKYB-dən edilən açıqlamada isə IKBY bayrağının asılmasında qanuni bir əngəlin olmadığı bəyan edilib. Müxalifət.az