“Kərkük bazarlıq mövzusu olmayacaq” - İbadi

Baxış sayı:
3727

İraqın baş naziri Heydər əl-ibadi, Kürdlərin parlamentdə yaradılacaq böyük koalisiya tərkibində iştirak etmələrinə qarşılıq Kərkükün bazarlıq mövzusu olmayacağını bildirib.
 
Yerli mediada yer alan xəbərlərə görə, İbadi, paytaxt Bağdadda, son seçkidən üçüncü çıxan liderliyini etdiyi Nasir (Qələbə) Koalisiya deputatları və bəzi siyasi müşahidəçilərlə bir araya gəlib.
İbadi görüşdəki çıxışında, "Kürdlərin parlamentdə dördlü ittifaqa qatılmaları və ən böyük koalisiyanın qurulmasına qarşılıq, Kərkük məsələsi mübahisə mövzusu olmayıb" deyib.
İraqın baş naziri həmçinin yaradılacaq böyük koalisiyada bütün siyasi partiyaların "ön şərtsiz" şəkildə iştirak etmələri lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, ölkədə 12 mayda keçirilən parlament seçkisinin birincisi Muktəda əs-Sədr rəhbərliyindəki "Sairin" ilə baş nazir Heydər el-İbadinin Nasir (Qələbə), Şiə liderlərdən İshaq İbn el-Hekimın "Milli Hikmət" və keçmiş baş nazirlərdən İyad Allavinin "Vataniyye" koalisiyaları 20 avqustda verdikləri  açıqlama ilə hökumətin qurulması üçün yeni bir dördlü koalisiya yaratdıqlarını elan etmişdi.
Müxalifət.az