Kriştianu Ronaldu Azərbaycana qarşı start heyətində

Baxış sayı:
4090

Bu gün futbol üzrə dünya çempionatının  seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək Portuqaliya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Virtualaz.org bildirir ki, millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Vüqar Mustafayev, Emin Mahmudov, Mahir Emreli və Əli Qurbani yer alıblar.

Portuqaliya seçməsinin ilk onbirliyində isə meydana Antoni Lopeş, Dominquş Duarte, Ruben Diaş, Nunu Mendeş, Kriştianu Ronaldu, Joau Moutinyu, Ruben Neveş, Pedru Netu, Andre Silva, Bernardu Silva və Juan Kanselu çıxacaqlar.

Qeyd edək ki, matç İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 23:45-də start götürəcək. Görüş "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

**10:24

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.

Virtualaz.org xatırladır ki, oyun İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.

Görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Onu da xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.