​KREMLİN MƏKRLİ NİYYƏTİ: Azərbaycan əleyhinə yazan saytı Rusiya maliyyələşdirir

Baxış sayı:
3118

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Ermənistanın məşhur saytlarından birini maliyyələşdirib.
Bu barədə məlumat Zorakn Fondunun hesabatında yer alıb. Fonda məxsus olan məşhur “Razm.info” saytına 2016-cı ildə baza tərəfindən 100.000 rubl verilib. Bu pul sayta bir sıra qonşu ölkələrin elektron KİV-lərində yayımlanan materiallar haqqında həftəlik məlumatlar almaq üçün verilib.
“Forrights.am” saytı isə rus bazası ilə əlaqələrin mənfi nəticələrə gətirib çıxaracağı iddiası ilə çıxış edib:
“Bu sayt Türkiyə və Azərbaycanla bağlı xəbərləri onları düşmən adlandıraraq təqdim edib. Lakin digər peşəkar saytlar hər iki ölkə üçün “düşmən” yerinə “rəqib” termininə üstünlük verir. Əgər rus pullarından qidalanan ekspertlərin açıqlamalarına diqqət etsək, o zaman onlar üçün ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyin dərinləşdirilməsinin prinsipial məqam olduğunu görərik”.
Qeyd edək ki, “Razm.info” Ermənistanın əsas hərbi saytı kimi tanınır. Sayt xüsusilə cəbhə xətti və Azərbaycanla bağlı bir sıra eksklüziv materialların yayımını həyata keçirməklə məşhurlaşıb.