​Kraliçanın ofşor zonalardan pulu çıxdı – 13 milyon

Britaniya kraliçası II Yelizavetanın ofşor zonasında 13 milyon dolları aşkar olunub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı BBC televiziyası Jurnalist Tədqiqatları Beynəlxalq Konsorsiumunun hesabatına əsasən yayıb. Məlumata görə, 2004 və 2005-ci illərdə kraliçanın şəxsi sərvətini idarə edən Lankaster hersoqluğu Bermud və Kayman adalarında yerləşən 2 ofşor şirkətə investisiyalar yatırıb.
Hersoqluq artıq kraliçanın heç bir qanunu pozmadığı və vergiləri müntəzəm olaraq ödədiyi haqqında məlumat yayıb.