Kral 10 minlərlə məhbusu əfv etdi

Baxış sayı:
6169

Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) mayın 4-6-da keçiriləcək tacqoyma mərasimi ilə əlaqədar 10 minlərlə məhbusu əfv edib.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, müvafiq fərman aprelin 21-də verilib.
Əfv edilən məhbusların arasında hazırda mövcud olmayan “Demokratiya uğrunda xalq alyansı” partiyasının liderləri də var. Onların hər biri fevralın 13-də 8 ay həbs cəzasına məhkum edilmişdi. Məhbuslara yeni həyat qurmağa imkan verəcək kral əfvi müxtəlif kiçik qanun pozuntularına yol verən insanlara şamil olunacaq. Həmçinin cəzaçəkmə müəssisələrində özünü nümunəvi aparanların cəzaları yüngülləşdiriləcək.
Xatırladaq ki, Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) 2016-cı ildə, ölkəyə 70 il rəhbərlik edən atası Phumilhon Adulyadetin (IX Rama) vəfatından sonra taxta çıxıb.