Koronavirusu məhv edən qoruyucu maska yaradıldı

Baxış sayı:
2703

Fransanın “BioSerenity” şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb.

Bu barədə BFMTV bildirib.

Firmanın baş direktoru Mark Fruenin sözlərinə görə, bu maska "virusları bloklamaq" qabiliyyətinə malikdir.

Fərdi müdafiə vasitəsi dörd qatdan ibarətdir. Onlardan biri bakterisid və antivirus xüsusiyyətlərinə malikdir. Qeyd edilir ki, maska birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onu ən çox dörd saat taxmaq tövsiyə edilir.

"Maska virusları bloklamağa və məhv etməyə qadirdir", - şirkət nümayəndəsi telekanala bildirib. Şirkətdə həmçinin əlavə ediblər ki, maska özünü dezinfeksiya etməyə qadirdir və beləliklə ətraf mühitə düşmə zamanı daha az təhlükəlidir.

Fərdi müdafiə vasitəsi Lill Universiteti Xəstəxanasının Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutu və Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə əməkdaşlıq şəraitində hazırlanıb. Onun qiyməti 1,49 avrodur.