"Koronavirusdan müdafiə üçün 3-cü peyvənd lazım olacaq" - BİLL QEYTS

Baxış sayı:
4133

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts əmindir ki, insanları koronavirusdan müdafiə etmək üçün üç mərhələdə peyvənd etmək lazım olacaq. İş adamının fikrincə, vaksinin üçüncü mərhələsi virusun mutasiyaları nəzərə alınaraq dəyişdiriləcək.

“İndi əsas məsələ bizim vaksinasiyanı ümumi vasitələrlə və metodlarla təmin etməyin lazım olub-olmaması və ya üç mərhələdə peyvənd etməyin zəruriliyi, yaxud vaksini dəyişməyin tələb olunmasıdır”, - Bill Qeyts deyib.

Onun sözlərinə görə, mütəxəssislər artıq vaksinin dəyişilmiş variantlarının yaradılması imkanını araşdırırlar. “Microsoft”un banisi qeyd edib ki, iki dəfə peyvənd edilən şəxsləri ola bilsin, üçüncü dəfə peyvənd olunması ehtimal edilir. "Çox güman ki, bu mutasiyalar ABŞ-a qədər çatanda bizdə təkmilləşdirilmiş vaksin olacaq, biz onlardan müdafiə olunmağımıza tamamilə əmin idik”, - Qeyts əmin olduğunu vurğulayıb.

Daha əvvəl iş adamı koronavirusdan peyvənd edilib. O, birinci dozanı aldığını bildirib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.