“Koroğlu” saxlanıldı - Tehranda
22-11-2018 21:52
Baxış sayı:
10576

Güney Azərbaycandan olan milli-mədəni fəal Kazim Səfayi (Koroğlu) Tehranda saxlanılıb.
Muxalifet.az xəbər verir ki, fəal paytaxt Tehrana “Traktor” futbol klubu ilə “Perspolis”in oyununu izləmək üçün gəlib.
Kazım Səfayinin hansı ittiham əsasında saxlanıldığı məlum deyil. O, İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Traktor”-“Perspolis” görüşü noyabrın 25-də baş tutacaq.