Keçmiş nazirdən Türkiyəyə DƏSTƏK
21-08-2018 09:44
Baxış sayı:
6925

ABŞ-ın iqtisadi hücumları ilə əlaqədar Türkiyəyə dəstək gəlməkdə davam edir.
Muxalifet.az xəbər verir ki, növbəti bəyanat Almaniyanın keçmiş xarici işlər naziri Sigmar Qabrieldən gəlib.
O, Avropaya səslənərək Türkiyənin Qərbə bağlı saxlanılması üçün hər şeyi etməli olduqlarını bildirib.
“Türkiyənin Qərbdə saxlanılması üçün nə lazımsa etməliyik. Türkiyəyə dəstək verilməyəcəyi halda, Avropanın gələcəyi risk altına düşə bilər. Avropa və Almaniya ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı hücumlarına dəstək vermədiyinə dair Türkiyəyə açıq mesaj verməlidir. Məncə, ABŞ NATO-da əhəmiyyətli müttəfiqlərdən olan Türkiyəyə qarşı etməməli olduğu bir şey edir”, - siyasətçi vurğulayıb.