İstiqlal Marşı ilə gündəmə gələn Arda milyonçu ola bilməyəcək - SƏBƏB

Baxış sayı:
11155

Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmak ister” yarışmasında İstiqlal Marşını əzbər ifa edərək gündəmə gələn Arda Aytən milyonçu ola bilməyəcək. Türkiyə KİV-ləri xəbər verir ki, yarışmadan 1 milyon lirə qazanan Arda Vərəsəlik və Mükafat vergisi ödəməlidir. O, qazandığı məbləğin 10%-ni vergi olaraq verməlidir. Bununla da Arda 900 min lirə ilə kifayətlənəcək və milyonçu ola bilməyəcək. Qeyd edək ki, “Kim milyoner olmak ister” tarixində 1 milyonluq sual mərhələsinə gələn 3-cü, suala cavab verən isə ilk iştirakçıdır. O, İstiqlal Marşı ilə bağlı suala himni əzbər söyləməklə cavab verib. 19 yaşlı tələbənin bu addımı isə studiyada alqışlarla qarşılanıb. Ardaya sosial şəbəkələrdə tərif dolu sözlər yazılıb. Ardanın müsabiqə vaxtı maraqlı etiraflarından biri də pulu olmadığı üçün ildə 150 kitab oxuya bildiyini söyləməsi olub./qafqazinfo