İsrailin “Şərqi Qüds” planı

Baxış sayı:
6574

 İsrailin baş naziri Netanyahu gələcək beş il ərzində işğal altındakı Şərqi Qüdsdə 23 min yeni mənzilin inşa ediləcəyini açıqlayıb.
 
İsrailin baş naziri Binyamin Netanyahu sosial media hesabından verdiyi açıqlamada, "Qüdsdə 1 milyard şekel (təxminən 276 milyon dollar) investisiyayla 23 min yeni mənzil inşa edilməsi çərçivəsində bir müqavilə imzaladıq" deyə bildirib.
 Netanyahu açıqlamasında, "Qüdsün bir yaşayış məntəqəsi deyil, əbədi İsrailin paytaxtı və əbədi varlıqlarının 3 min illik bir parçası" olduğunu irəli sürüb.
İsrail televiziyası Kanal 7 sözügedən müqavilənin Netanyahunun iştirakı ilə Maliyyə Nazirliyi, İsrail Torpaqları İdarəsi və Qüds Bələdiyyəsi arasında imzalandığını bildirib.
Müqaviləyə görə, köhnə və yeni Qüdsə bağlı məhəllələr inkişaf etdiriləcək, infrastruktur sərmayələri və iş yerinə çevirmək üçün geniş sahələr təsis ediləcək.
Qeyd edək ki, Qüdsün şərq hissəsi 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş, 1981-də işğal edilən torpaqların ilhaq edildiyi bildirilmişdi. Ancaq İsrailin bu addımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmadı.
Müxalifət.az