​“İSRAİLİN AGENTİSİNİZMİ” sualının cavabında Adnan Oktar susmaq hüququndan istifadə etdi

Baxış sayı:
10060

Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, bir həftə bundan əvvəl aparılan əməliyyat nəticəsində həbs edilən Adnan Oktar ifadə verib. Vəkilinin yanında ifadə verən Oktar ona qarşı irəli sürülən heç bir ittihamı (31-dən artıq maddə üzrə) qəbul eləməyib.
 
Həmçinin, Türkiyəyə qarşı həqarətləri ilə tanınan israilli millət vəkilləri ilə 20 dəfədən artıq görüşdürüldüyü yada salınaraq verilən “İsrailin agentisinizmi” sualının cavabında Oktar susmaq hüququndan istifadə edib.
 
İsrailli deputat Yəhuda Qlik ilə əlaqəsi araşdırılır
 
Bundan başqa, Oktarın televiziya proqramında aralarında deputat Yəhuda Qlik də olmaqla bir çox israilli qonaq olduğu diqqəti cəlb eləmişdi. Adnan Oktarın Y.Qlik ilə əlaqəsi əməliyyat çərçivəsində araşdırılmağa başlayıb. Qlik 3 il bundan əvvəl Oktarın Çırağanda keçirdiyi iftarda iştirak edib. A.Oktarın israilli deputatlara məlumat sızdırdığı iddia edilmişdi.