İsraildən təəccübləndirən “Osmanlı” etirafı!

Baxış sayı:
8128

İsrailin “Haaretz” qəzetində yayımlanan analizdə, Orta Şərqdə sülhü və əmin-amanlığı təmin edən son birləşdirici qüvvənin Osmanlı olduğu bildirilib.
 
Birinci və ikinci Dünya Müharibəsindən sonra Orta Şərqdə heç vaxt sülh bərqərar olmadığı qeyd edilən yazıda, Osmanlı dövlətinin əhəmiyyətindən də bəhs edilib.
 
ORTA ŞƏRQDƏ SÜLHÜ TƏMİN EDƏ BİLƏN YEGANƏ QÜVVƏ
 
Xüsusilə I-ci Dünya Müharibəsindən sonra, Osmanlı dövlətindən ayrılaraq öz milli dövlətlərini yaradan millətlərin etnik azlıqların haqlarını görməzdən gəlib, xalqları assimilyasiya edərək zülm tətbiq etdikləri qeyd olunub.
Analizdə, Osmanlı dövlətinin məkana hakim olduğu əsrlər boyu, suverenliyi altında olan bütün xalqlara sülhlə və tolerant yanaşdığını, bütün etnik qruplara bərabər məsafədə dayanaraq, hamı üçün rifah və ədalət təmin etdiyinə vurğu edilib.
 
OSMANLIDAN SONRA BÖLGƏ MÜHARİBƏYƏ TƏSLİM OLDU
 
Yazıya görə, Yəhudi irqinin taleyi də, Osmanlının dağılmasından sonra pis istiqamətdə dəyişib.
Osmanlı dövlətinə qarşı xüsusilə Qərb mediasında aparılan qaralama kampaniyasına bir cavab olan yazı, Osmanlı dövlətinin dağılmasının, bütün Avropa və Orta Şərqdəki sülhə qarşı ən böyük zərbə olduğunu bildirərək, belə bir birləşdirici qüvvə olmadan, coğrafiyanın taleyinin müharibəyə məhkum olacağı fikrinə də yer verib.
Müxalifət.az