İsrail ordusundan hökumətə “Qəzzaya hərbi əməliyyat” xəbərdarlığı

Baxış sayı:
6034

 İsrailin “Haaretz” qəzetində yayımlanan bir xəbərə görə, İsrail ordusundakı Komandanlıq iyerarxiyası Qəzzaya qarşı hər hansı bir hərbi əməliyyatın keçirilməsinin beynəlxalq müdaxilə ehtimalını ortaya çıxaracağı xəbərdarlığını edib.
 
İsrail ordusunun hökumətə Qəzzadakı səhiyyə sahəsinin tamamilə dağılma mərhələsində olması səbəbindən hərbi müdaxilədən qaçınılması ilə bağlı xəbərdarlıq etdiyi bildirilib.
Ordunun bu məsələ ilə bağlı hökumətə məruzə etdiyini qeyd edən qəzet, hesabatda, Qəzzadakı səhiyyə sahəsindəki ağır şərtlərə görə hər hansı bir hərbi əməliyyatın keçirilməsinin beynəlxalq müdaxiləyə səbəb ola biləcəyi xəbərdarlığının edildiyi bildirilib.
İsrail ordusundakı komandir heyəti Qəzza Zolağındakı olduqca təhlükəli vəziyyətdə olan səhiyyə böhranı həll edilmədən hərbi əməliyyatın çətin olduğu vurğulanıb. Xəbərdə, həmçinin ordunun bununla bağlı hesabatında, Böyük Qayıdış aksiyalarının başlamasından bu yana Qəzzada 6 min yaralının olduğu xatırladılıb.
Həmçinin Qəzzada səhiyyə sahəsində, xüsusilə anesteziya mütəxəssisi çatışmazlığının son həddə olduğu, ancaq ümumi etibarilə həkim sayının da olduqca az olduğuna diqqət çəkilib. Hesabatda, Qəzzadakı səhiyyə sahəsindəki vəziyyətin 2014-dəki müharibədən sonra daha da pisləşdiyi vurğulanıb.
Qeyd edək ki, Həmasın 2007-də Qəzzaya hakim olmasından sonra İsrail, şəhəri mühasirəyə alaraq böyük insani faciələrin baş verməsinə səbəb olur.
Müxalifət.az