“İsrail bunu etsə, məhv olacaq” - Nasrallah

Baxış sayı:
5770

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nasrallah dünən axşam saatlarında Hizbullah komandirlərindən Mustafa Bədrəddinin şəhadətinin ildönümü münasibətilə çıxış edib.
 
Ənnsariyə əməliyyatının uğurla keçirilməsi üçün şəhid Bədrəddinin gecə- gündüz səy göstərdiyini qeyd edən Seyid Həsən Nasrallah, bu əməliyyatın nəhayət uğurla sona çatdığını və sionistlərə ağır zərbə endirildiyini ifadə edib.
 Hizbullah lideri Nasrallah, "Hazırda Amerika, Qərb və Ərəb ölkələrinə bağlı yayım təşkilatları birgə siyasət aparırlar. Bu siyasət, Sionist rejimin Hizbullaha qarşı savaş açması ehtimalını gündəmdə saxlamaqdır. Reallıq odur ki, xəbərlərdəki bu şişirtmələr yalnız bir psixoloji müharibədən ibarətdir. Onlar Livan müqavimətinin raketlərindən qorxurlar. Livan güclü bir ölkədir. Dolayısıyla bu ölkənin xalqının Qərb ilə bağlı güclərin psixoloji müharibəsindən təsirlənməməsi lazımdır" deyib.
Həsən Nasrallah "Heç kim İsrailin Livana hərbi müdaxilə ehtimalından narahat olmasın. İsrail müharibə istəyirsə, sözümüz yoxdur, gəlsin. Biz Təl-Əvivə qələbələrinin sona çatdığını söyləyirik" deyə bildirib.
Seyid Həsən Nasrallah "Hazırda Hizbullahın gücündən çox danışmaq istəmirəm. Amma səmimi bir şəkildə sizə onu demək istəyirəm ki, əgər İsrail qüvvələri Livanın cənubuna girərsə, dünya xalqı ekranlar qarşısında İsrailin məhv olmasını seyr edəcəkdir" deyə söyləyib.
Müxalifət.az