"İsmayıl Allahverdiyev adlı əməkdaşımız yoxdur" - "Respublika" qəzeti
14-06-2019 18:24
Baxış sayı:
12343

"Respublika" qəzeti baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızının intiharı ilə bağlı açıqlama verib. Qəzetdən Unikal.org-a verilən məlumata görə, redaksiyanın baş redaktorunun İsmayıl Allahverdiyev adlı müavini yoxdur: "Bildirilib ki, ümumiyətlə qəzetdə bu adda əməkdaş olmayıb". Qeyd edək ki, bir neçə saat əvvəl Yasamal rayonunda Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızı intihar edib.