İslam ölkəsində hərbi maşın partladıldı: ölənlər var
18-11-2018 20:36
Baxış sayı:
1627

Pakistanın Bəlucistan əyalətində hərbi maşına hücum edilib.
Muxalifet.az xəbər verir ki, əyalətin Ketta şəhərində hərbi maşının keçdiyi vaxt yola quraşdırılmış bombanın partladılması nəticəsində 3 əsgər həlak olub, 4-ü yaralanıb.
Hələ ki, heç bir qruplaşma teraktın məsuliyyətini üzərinə götürməyib.