​İŞİD-YPG/PKK tamaşasında növbəti pərdə - Suriya öz neftini ABŞ-ın dəstəklədiyi terrorçularla birgə istismar edir

Baxış sayı:
7600

Suriya hökuməti ilə YPG/PKK arasında neft “əməkdaşlığı” Suriyada neft yataqların olduğu ərazilərin 70 faizi ABŞ-ın minlərlə tır silah və hərbi texnika göndərdiyi YPG/PKK tərəfindən işğal edilib YPG/PKK terror təşkilatı ilə Suriya hökumətinin nəzarətində fəaliyyət göstərən şirkətlər Deyr əz Zorda terorçuların nəzarəti altındakı sahədən çıxarılan neftin hökumətin hakim olduğu əraziyə göndərilməsi üçün yeni bir müqavilə imzlayıblar. Suriya hökuməti Deyr əz Zorda YPG/PKK terrorçularının işğalı altındakı Şuheyl məntəqəsindən Suriya hökumətinin nəzarətindəki Bukris məntəqəsinə Fərat çayının altından keçən boru xətti çəkdirib. Bundan əvvəl də terrorçulardan öz neftini satın alan Suriya hökuməti onu qayıqlar vasitəsi ilə çaydan keçirirdi. ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyada neft mənbələrinin 70 faizinə qədərini işğalı altında saxlayır. YPG/PKK və Suriya hökuməti 2018-ci ildə İraqla həmsərhəd olan Deyr əz Zor rayonunda, təşkilatın işğalı altındakı neft yataqlarının istismarı ilə bağlı danışıqlar aparmağa başlamışdı. Bu çərçivədə aralarında rus mütəxəssislərin də olduğu hökumət heyəti YPG/PKK-nın işğal elədiyi və ən böyük neft sahəsi olan Əl Ömərə də səfər eləmişdilər. Haseke neftinin istismarında əməkdaşlıq davam edir Hökumət və YPG/PKK, təşkilatın işğal elədiyi Haseke rayonundakı sahələrdən çıxarılan neftin gəlirini də paylaşırlar. Hər iki tərəf buradakı 9 neft yatağına birlikdə nəzarət edirlər. YPG/PKK, 2017-ci ilin iyulunda Rümeylanda yerləşən Neftayırma idarəsinin nəzarətini yenidən hökumətə qaytarıb və gəliri bölməyə başlayıb. Müqaviləyə görə, Suriya hökuməti gəlirin 65%-ni, YPG/PKK isə 20%-ni alır. Gəlirin qalan hissəsi yataqların qorunmasına cavabdeh olan yerli ərəb qüvvələrinə verilir. Mühafizəçilərin və digər işçilərin maaşlarını dövlət ödəyir.