İŞİD-ın “Türkiyə Vilayəti” sənədi nə mənaya gəlir?

Baxış sayı:
6358

 ABŞ kuklası İŞİD-ın sözdə lideri Əbu Bəkr əl Bağdadinin yeni görüntülərdə əlindəki "Türkiyə Vilayəti" yazılmış bir dosye sənədi diqqət çəkmişdi. Günlərdir danışılan o sənədin nə mənaya gəldiyi ortaya çıxıb.
 
İŞİD-ın sözdə lideri Əbu Bəkr əl Bağdadi 2014-ün iyulundan bu yana ilk videosunu yaymaqla, həyatda olduğu, təşkilatın qlobal varlığını və hücumlarını artırmaq üçün məşğul olduğu mesajını verdi. İslam adı altında toplanan İŞİD-ın İslam coğrafiyası üzərindəki çirkli əməllərini artırmaq üçün işlər apardığı müəyyən olunub.
Son səs yazısı 2018-in avqustunda yayımlanan Bağdadi, yeni videosunda "xilafətinə" yeni qatılanları təbrik edir. Bunların arasında Mali, Burkina Faso və Şri-Lankadaki əlaqəli təşkilatların adını çəkir.
Video həmçinin İŞİD-ın Türkiyədə ilk dəfə "rəsmi" bir varlıq təmin etmək hədəfinə işarə edir. Bağdadi əlində "Türkiyə Vilayəti" yazılan bir sənədi araşdırarkən görüntülənib.
Maraqlıdır ki, videonun son səhnəsində, Bağdadi aralarında "Türkiyə Vilayətinin" də daxil olduğu müxtəlif İŞİD özəklərinin işlərini araşdırarkən görünür. Terror təşkilatı İŞİD daha əvvəl Türkiyədə "rəsmi" bir varlıq elan etməmişdi.
Dosye sənədlərində  Tunis "Vilayəti" ifadəsi olmadan yer alır. İllərdir orada bir baza yaratmaqda çətinlik çəkən təşkilat, mart ayından bəri Tunisdəki varlığını gücləndirməyə çalışır.
Bağdadi yanındakı üç adamla danışarkən bir sərlövhə ilə İŞİD liderinin "Səylərin iki dəfə artırılması, xaçlıları, kafirləri və onlara yardım edənlərə qarşı hücumların intensivləşdirilməsi" əmrlərini verdiyini izah edən bir sərlövhə görünür.
İŞİD Suriyada nəzarətində olan sonuncu torpaq olan Bağuzu mart ayında itirmişdi. Təşkilat o gündən bəri qlobal təsirini artırmağa çalışır və Mali, Burkina Faso, Demokratik Konqo ilə Şri-Lanka hadisələri buna yönəlik bir addım olaraq görülür.
Videonun dərc olunduğu gün də təşkilat Banqladeşdəki bir hücumun məsuliyyətini üzərinə götürdü. İŞİD 2016-dan bəri Banqladeşdə hər hansı bir hücum təşkil etmirdi.
Bağdadi videoda, strateji olaraq İŞİD döyüşcülərinə "düşmənlərlə" uzun bir döyüşə hazırlaşmaları, bütün imkanlarını sərf edəcək bir “Cihad” müharibəsini başlamaq əmrini verib.
Son görüntülərdən aydın olduğu kimi, İŞİD əvvəlki kimi, bir torpağı ələ keçirib, orada nəzarəti təmin etməkdənsə, qlobal mənada bir "terror dalğası" yaratmağa köklənib.
Müxalifət.az