​İŞİD liderindən Türkiyə və ABŞ-la bağlı açıqlama

Baxış sayı:
2782

ABŞ ən çətin dövrünü yaşayır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İŞİD lideri Əbubəkr Bağdadi keşiş Branson səbəbindən Türkiyə-ABŞ arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
“Türkiyə də daxil olmaqla, bir çox ölkə ilə yaşanan problemlər bunun əyani göstəricisidir. ABŞ-ın təhdid etdiyi ölkələr geri addım atmaq niyyətində deyil. ABŞ iki türkiyəli nazirə sanksiya tətbiq etsə də, Türkiyə keşişi buraxmaqdan imtina etdi. ABŞ artıq keçmişdəki kimi güclü deyil”, - deyə terrorçubaşı bildirib.
Qeyd edək ki, bəzi ekspertlər Bağdadinin bu kimi mövzulara xitab etməsi ilə ictimaiyyətdə onun gündəmi izlədiyi təəssüratını yaratmaq istədiyini vurğulayırlar.