İŞİD cənnətə giriş pasportu paylayıb - FOTO

İŞİD terror təşkilatının ölümə göndərdiyi kamikadzelərə “cənnətə giriş pasportu” verdiyi üzə çıxıb.
 
Təşkilat özünü partlatmağa və ya döyüşə gedən terrorçulara cənnəti vəd edərək, onlara saxta pasportlar paylayır.
Sözügedən pasportların Mosul və Rakkada gedən əməliyyatlar zamanı ortaya çıxdığı bildirilib.
Pasporta “Bu pasportun sahibi sadəcə cənnətə gedə bilər. Heç bir halda cəhənnəmə səfər edə bilməz” yazılıb.