İŞİD-ın 14 ölkəyə “canlı bomba” təlimatı ortaya çıxdı

Baxış sayı:
3781

Terror təşkilatı olan İŞİD hədəfdə olduğu iddia edilən 14 ölkəyə yeni bir “canlı bomba” sifarişi edib. ABŞ nəzarətində çöldə koloniya quran İŞİD-ın rəhbərlərindən olan Əbu Həmzənin imzası ilə məktubda təşkilat məsullarından Əbu Malikə "36 canlı bomba hazırla" təlimatı verilir.
 
ABŞ tərəfindən 2016-cı ilin ortalarından etibarən Suriyanın çöllük sahəsi olan Suhne və ətrafına İŞİD-çıları yerləşdirib və onlar da burada özlərinə burada kiçik bir koloniya qurmuşlar. Yeraltı sığınacaqlarda yaşayan terrorçular təlim fəaliyyətlərini burada davamcc etdirirlər.
Deyrizor bölgəsinin aktivistlərindən olan Şadi Amir 200 kilometrlik T-2, Suhne və İbn Muayna bölgələrinin tamamilə İŞİD-ın nəzarəti altında olduğunu bildirib. "Yüzlərlə kvadrat kilometrlik sahə İŞİD üçün ayrıldı və bu sahədə 1700 döyüşçü var" deyən Amiri, İŞİD-ın hərəkət fəaliyyətinin Tedmur, Menacim və El Eseriyə bölgələrinə qədər uzandığını qeyd edib.
 
ABŞ O BÖLGƏNİ BOMBALAMADI
 
Əsəd və İran dəstəkli terror qruplarına yönəlik son 6 ayda 70-dən çox əməliyyat keçirildiyini qeyd edən Amir, "İŞİD bu bölgəyə ABŞ tərəfindən keçirilən Rakka əməliyyatından sonra yerləşdirildi. Bundan sonra da ABŞ buraya yönəlik heç bir quru və hava bombardmanı həyata keçirmədi.
Hədəf Əsəd və İran qoşunlarını Şam və Homs ilə Deyrizor-un İraq arasındakı quru yolu ilə əlaqəsini çətinləşdirməkdi. Terrorçular 2018-ci ildə bu bölgədən hərbi daşıma konvoylarına ciddi hücumlar etdilər və quru əlaqə dəhlizini çətinləşdirdilər".
 
İraqdan 14 ölkəyə
 
Kritik məlumata görə, İŞİD nəzəri və praktiki canlı bomba təhsili verdiyi terrorçuları İraq üzərindən 14 fərqli ölkəyə göndərib. Bu 14 ölkə arasında Liviya, Əlcəzair və Türkiyə də var. Digər ölkələr bir neçə Asiya ölkəsi və Avropa Birliyi ölkələridir. İŞİD-ın canlı bombaları Badiyədən çıxarıldı və PKK bölgəsinə keçdi. Bəzi terrorçular Haseke-El Hol düşərgəsindəki qohumları ilə görüşdürüldükdən sonra saxta Suriya sənədləri ilə İraqa keçirilib.
Müxalifət.az