İrəvanda İran hökumətinə qarşı çıxan etirazçılar yenidən aksiya keçiriblər.
Muxalifet.az xəbər verir ki, bu dəfə polis əvvəlki aksiyalarla müqayisədə daha fəal və sərt mövqe nümayiş etdirib.Aksiya iştirakçıları əllərində İran hakimiyyətini hədəf alan plakatlar tutublar. Plakatlardan birində prezidenti Donald Trampa ünvanlanan “President Trump act now” (“Prezident Tramp, indi hərəkətə keç”) çağırışı yer alıb.Hüquq-mühafizə orqanları etirazçıların icazəsiz şəkildə Göy məscid istiqamətində yürüş keçirməsinə imkan verməyib. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Sputnik Armenia-ya verdiyi məlumata görə, yeddi nəfər, o cümlədən aksiyanın təşkilatçısı olduğu deyilən şəxs inzibati qaydada saxlanılıb.Nazirlikdən bildirilib ki, polis ictimai asayişin təmin olunması məqsədilə qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyətini davam etdirəcək.
İrəvan küçələrində İran rejiminə qarşı üsyan: saxlanılanlar var
17-01-2026 17:02
Baxış sayı:
202













































