"İrqçilik ölkəmiz üçün utancvericidir" - Almaniya prezidenti

Baxış sayı:
1822

“İrqçilik və ayrı-seçkilik insan qüruruna toxunur. Bu həm də ölkəmiz üçün utancvericidir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya prezidenti Frank-Valter Ştaynmayer Türk-Alman Qəhvə Konfransında çıxışı zamanı deyib.
Prezident ölkə əhalisinin miqrantlara şübhə ilə yanaşmasında narahat olduğunu dilə gətirib:
Gündəlik həyatda almanların başqa ölkələrdən gələnlərlə bağlı irqçi və siyasi mübahisələri xatırladan prezident miqrantlarla söhbətindən danışıb:
“Miqrantların uşaqları və hətta nəvələrindən tez-tez “Burada doğulmağıma baxmayaraq, nə qədər cəhd etsəm də, özümü bura aid hiss etmirəm” kimi ifadələri eşidirəm. Bu sözlər mənə təsir edir və narahat oluram”.
Bu məsələlərə cəmiyyətin laqeyd yanaşdığını deyən prezident bildirib ki, Almaniyada uzun illər yaşamalarına baxmayaraq miqrantlara qarşı hələ də şübhə ilə yanaşılması təkcə həmin şəxsləri narahat etmir, bu həm də ölkə üçün də utancvericidir.