​İraq hökumətindən ŞOK ADDIM – Peşmərgəyə maaş veriləcək

İraqın baş naziri Heydər əl-İbadi peşmərgə və İraq Kürd Muxtariyyətindəki bütün məmurların maaşlarını ödəyəcəyini açıqlayıb.
Muxalifət.az xəbər verir ki, baş nazir bu barədə Bağdadın hökumət sarayında təşkil etdiyi mətbuat konfransında məlumat verib.
O, həmçinin, Bağdad hökumətinə aid qüvvələrin bütün mübahisəli ərazilərdə nəzarəti ələ keçirdiyini bildirib.
Baş nazir hər il aşuranın 40-cı günündə qeyd edilən “Ərbəin” tədbirlərində dinc sakinlərin təhlükəsizliyini qoruyacaqlarını deyib və ehtimal edilən terror hücumlarına qarşı əhalini xəbərdar edib./publika.az/