​İrandan ABŞ-a: Ən yaxşı variant...

Baxış sayı:
1015

Nüvə sazişinə qatılmaq ABŞ üçün ən yaxşı variantdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
ABŞ Prezidenti Donald Trampın arzu etdiyi siyasəti həyata keçirməyəcəklərini bildirən Bəhram Qasımi nüvə sazişinə görə ABŞ-ın dünyada tək qaldığını bildirib:
"Ümid edirəm ki, ABŞ regionu və İranı daha yaxşı tanıyıb. Keçmişdəki böyük səhvləri etməz. Çünki Orta Şərqin vəziyyəti çox dəyişkən və həssasdır. Rusiya, Çin və digər ölkələr Trampı nüvə razılaşması məsələsində razılığa gətirə bilər. Trampın anlaması və razılaşması lazım olan məsələ nüvə razılaşmasına geri dönməsi və bunun ABŞ üçün ən yaxşı variant olduğunu bilməsidir. Ayrıca uğursuz olan sanksiya siyasətini də tərk etməlidir. Çünki bu kimi addımlar ABŞ-ın dünya ictimaiyyətində etibarını zədələyir".